AKP: Moskvadakı terror xarici kəşfiyyatın dəstəyi olmadan baş tuta bilməzdi

  AKP:  Moskvadakı terror xarici kəşfiyyatın dəstəyi olmadan baş tuta bilməzdi
  28 Mart 2024    Oxunub:672
"Crocus City Hall"dakı terror aktı xarici kəşfiyyatın dəstəyi olmadan baş tuta bilməzdi.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib. “Biz bu faciəli hadisə ilə əlaqədar Rusiya xalqına dərin hüznlə başsağlığı veririk. Aydın məsələdir ki, xarici kəşfiyyatının dəstəyi olmadan belə peşəkar terror keçirmək mümkün deyil. Belə tədbirlərin həmişə sponsorları olur. Ukraynada müharibə və münaqişəni davam etdirmək istəyən lobbilər var”, - partiyanın nümayəndəsi bildirib.

O əlavə edib ki, Türkiyə və Rusiya kəşfiyyat xidmətləri terrorla mübarizə ilə bağlı məsələlərdə əməkdaşlıq edir.

Martın 23-də Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında terror aktı ilə bağlı başsağlığı verib və Ankaranın bütün istiqamətlərdə terrorizmlə mübarizədə Moskva ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti