Latviyanın xarici işlər naziri istefa verib

   Latviyanın xarici işlər naziri istefa verib
  28 Mart 2024    Oxunub:580
Latviyanın xarici işlər naziri Krişyanis Karins istefa verib və aprelin 10-da vəzifəsini tərk edəcək.
Bu barədə rus.lsm.lv portalı məlumat yayıb. Qeyd olunub ki, respublikanın xarici siyasət idarəsinin rəhbəri Latviyanın baş naziri Evika Silina ilə görüşdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.

Seym (parlament) aprelin 11-də yeni xarici işlər nazirinin namizədliyi ilə bağlı səsvermə keçirəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti