NYT: ABŞ terrorla bağlı bütün məlumatları Rusiyaya ötürməyib

      NYT:    ABŞ terrorla bağlı bütün məlumatları Rusiyaya ötürməyib
  28 Mart 2024    Oxunub:769
Amerika rəsmiləri Rusiyanın ABŞ kəşfiyyat xidmətlərinin məlumatlarını və onların üsullarını ifşa edə biləcəyindən ehtiyat edərək, Moskva yaxınlığındakı "Crocus City Hall"da planlaşdırılan terror aktı ilə bağlı bütün məlumatları rusiyalı həmkarları ilə bölüşməyiblər.
Bu barədə The New York Times (NYT) məlumat yayıb. Qeyd olunub ki, Vaşinqton və Moskva arasında düşmənçilik münasibətləri Rusiya hakimiyyətinin onların kəşfiyyat mənbələri və ya metodları barədə xəbər ala biləcəyi qorxusundan Amerika rəsmilərinin terror planı haqqında daha çox məlumat paylaşmasına mane olub.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı 139 nəfərdir, 11-i uşaq olmaqla 360 nəfər yaralanıb.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqlamasına görə, “Crocus” terroru” işi çərçivəsində ümumilikdə 11 nəfər saxlanılıb. Bu günə qədər səkkiz təqsirləndirilən şəxs, o cümlədən icraçı olduğu güman edilən dörd nəfər həbs edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti