“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”

 “Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”
  28 Mart 2024    Oxunub:1106
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”.
Bu sözləri baş naziri Nikol Paşinyan deyib. O, separatçıların “rəhbəri” Samvel Şahramanyanın “Le Figaro” nəşrinə müsahibəsində “mühacirətdə olan” “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini davam etdirməsi ilə bağlı sözlərinə belə münasibət bildirib.

Paşinyanın sözlərinə görə, Qarabağdan köçən bəziləri Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar.

“Diqqətə çatdırmaq istəyirəm ki, İrəvanda bir hökumət var, o da burada əyləşib. Lazım gələrsə, müvafiq addımlar atılmalı, müvafiq tədbirlər görülməlidir ki, müəyyən xarici qüvvələr bundan Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaq üçün istifadə etməsin. Ölkədə Ermənistan hökumətindən başqa heç bir hökumət ola bilməz.

Əgər Ermənistanda kimsə özünü hökumət kimi tanıyırsa, bu, Ermənistan üçün milli təhlükəsizlik problemidir və ümid edirəm ki, bu problemin olması bizim təhlükəsizlik orqanlarının öz işində səhvə yol verdiyi anlamına gəlməyəcək”, - Paşinyan bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti