Şəmkirdə yeniyetmə bıçaqlanıb
7-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
O daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.
Onu tanımadığı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az