Keçmiş milli təhlükəsizlik naziri dünyasını dəyişib

   Keçmiş milli təhlükəsizlik naziri dünyasını dəyişib
  27 Mart 2024    Oxunub:1136
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib.
AzVision.az xəbər verir ki, Namiq Abbasov 84 yaşında dünyasını dəyişib.

O, 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.

Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

AzVision.az


Teqlər: MTN   nazir   vəfat  





Xəbər lenti