Qızılcaya yoluxan uşaq son anada ölümdən qurtuldu

   Qızılcaya yoluxan uşaq son anada ölümdən qurtuldu
  27 Mart 2024    Oxunub:717
“2 yaşlı pasiyent (kişi cinsli) Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının Uşaq təcili tibbi yardım bölməsinə qızılcaya bağlı qıcolma, bunun nəticəsində tənəffüs və ürəyin dayanması şikayəti ilə şüuru qapalı şəkildə yerləşdirilib”.
Bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, pasiyent ilkin olaraq laborator, diaqnostik müayinələrdən keçirilib və bir saata yaxın müddətdə xəstəyə komanda şəklində təkmil həyat dəstəyi (kardio pulmonar resussitasiya) göstərilib.

Xəstə uğurlu canlandırma sonrasında profil üzrə müvafiq xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti