Paşinyan: "Sülh müqaviləsinin prinsipləri 2022-ci ildə hərtərəfli razılaşdırılıb"

    Paşinyan:    "Sülh müqaviləsinin prinsipləri 2022-ci ildə hərtərəfli razılaşdırılıb"
  27 Mart 2024    Oxunub:1107
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində qəbul edilmiş bəyanatda hərtərəfli razılaşdırılıb.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 27-də Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Tərəflər Ermənistan və Fransa arasında əməkdaşlıqla yanaşı, regional infrastrukturun blokdan çıxarılması imkanlarını da müzakirə ediblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti