Almaniyada ağır yol qəzası: 5 ölü, 50 yaralı

   Almaniyada ağır yol qəzası:    5 ölü, 50 yaralı
  27 Mart 2024    Oxunub:837
Almaniyada turist avtobusunun iştirakı ilə baş verən yol qəzası nəticəsində azı 5 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
Bu barədə yerli xilasetmə xidmətlərinə istinadən Leipziger Volkszeitung qəzeti məlumat yayıb. Qəza çərşənbə günü Bakı vaxtı ilə saat 13:00 radələrində Leypsiq yaxınlığındakı A9 şossesində baş verib. Qəzetin məlumatına görə, yaralanan 10 nəfərin vəziyyəti ağırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti