Bu ölkənin prezidenti 70 min məmuru işdən çıxaracaq
"Biz 50 min məmuru işdən çıxardıq və müqavilələrinə xitam verdik. Daha 70 min nəfər ixtisar olunacaq".
2023-cü ilin dekabrında vəzifəyə başlayan Xavyer Miley Argentinadakı vəziyyəti kritik adlandırıb. O, iqtisadiyyatda şok tədbirlərə ehtiyac olduğunu açıqlayıb və ölkədə etirazlara səbəb olan islahatlar paketini təqdim edib. Prezident iqtisadiyyatın liberallaşdırılması üçün dövlət xərclərinin ciddi şəkildə kəsilməsini nəzərdə tutan 300-dən çox islahat haqqında fövqəladə fərman imzalayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: