İrəvanda polis bölməsinə hücum edənlərdən ikisi həbs olunub

   İrəvanda polis bölməsinə hücum edənlərdən ikisi həbs olunub
  27 Mart 2024    Oxunub:958
İrəvanın Nor Nork rayonunda polis bölməsinə hücum etməkdə təqsirləndirilənlərdən iki nəfər həbs edilib, üçüncü şəxs isə hələ də xəstəxanadadır. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Hər üç şəxsə qarşı terrorizm, odlu silah, onun komponentləri, döyüş sursatı və digər vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamlar irəli sürülüb.
İrəvanda polis idarəsinə hücum edən şəxs saxlanılıb - Video


Qeyd edək ki, martın 24-də 3 nəfər silahlı şəxs İrəvanın Nor-Nork inzibati rayonunda yerləşən polis bölməsinə hücum etmişdilər. Onlardan ikisi öz qumbarasının partlaması nəticəsində yaralanmışdı.

Şahanə Rəhimli
AzVision.az






Teqlər:  





Xəbər lenti