Terrorda insanları qurtaran müsəlman gəncə mükafat verildi

   Terrorda insanları qurtaran müsəlman gəncə mükafat verildi
  27 Mart 2024    Oxunub:804
Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktı zamanı 100-dən çox insanı xilas edən 15 yaşlı müsəlman gənc İslam Xəlilova şücaət mükafatı verilib.
Moskavadakı terrorda xəsarət alanların sayı artıb
AzVision.az xəbər verir ki, Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova konsert zalında tamaşaçıların təxliyyəsinə kömək edən 15 yaşlı İslam Xəlilovu “Fədakarlıq, şücaət və qurbanlara yardımda göstərdiyi şəxsi cəsarət” sertifikatı ilə mükafatlandırıb.

Təxliyəyə kömək edən digər gənc, 14 yaşlı Artyom Donskov da eyni mükafata layiq görülüb.

Digər tərəfdən, Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin qəhrəman gənc Xəlilovu cəsarətinə və xalqı xilas etdiyinə görə “Xidmət medalı” ilə təltif edəcəyini açıqlayıb.

"Crocus City Hall"da qarderobda yarımştat işləyən Xəlilov terrorçularun konsert salonuna silahlı basqını zamanı 100-dən çox insanı dəhlizə yönəltməklə nəzarəti ələ keçirib və onların binanı tərk edərək təhlükəsiz yerə çatmasına şərait yaradıb.

Xəlilovun evakuasiyanı həyata keçirərkən mobil telefonnla çəkilən videogörüntülər sosial şəbəkədə yayılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Moskva   Terror  





Xəbər lenti