Bayden ABŞ-ın strateji neft ehtiyatını bitirib
ABŞ-ın Strateji Neft Ehtiyatı Luiziana və Texasdakı anbarlarda yerləşir. Anbarlar isə fövqəladə hallar üçün yaradılıb. 2021-ci ildə ABŞ-ın anbarlarında yanacağın həcmi 600 milyon bareldən çox olub. Son məlumatlara görə, indi onlarda cəmi 362 milyon barel qalıb.
Ehtiyatların nə qədər tükəndiyi bəlli olanda Baydenin reytinqləri daha da aşağı düşüb. ABŞ Energetika Nazirliyi neftin qiyməti məqbul olan kimi ehtiyatları bərpa edəcəyini bildirib. Analitiklər qeyd edirlər ki, ölkə idxalsız yaşaya bilməz.
AzVision.az
Teqlər: