Gürcüstan millisinin üzvlərinə "Şərəf" ordeni veriləcək

   Gürcüstan millisinin üzvlərinə "Şərəf" ordeni veriləcək
  27 Mart 2024    Oxunub:1614
Gürcüstan millisinin futbolçuları Avro-2024-ün final mərhələsinə vəsiqə qazandıqlarına görə "Şərəf" ordeni ilə təltif olunacaqlar.
AzVision.az xəbər verir ki, dövlət mükafatının verilməsini Gürcüstanın baş naziri İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili təklif ediblər.

"Bu gün çox xoşbəxt gündür. Bu, bizi birləşdirən xoşbəxtlikdir. Şəxsən mən bir azarkeş kimi 30 ildir, 1994-cü ildən bu günü gözləyirəm. Oğlanlar bizə böyük xoşbəxtlik gətirdilər... Bu oğlanlar qəhrəmandırlar və qəhrəmanları qiymətləndirmək lazımdır”,- Kobaxidze Birinci Respublika meydanında deyib.

Qeyd edək ki, Gürcüstan komandası Avro-2024-ə vəsiqə qazanan Millətlər Liqasının pley-off mərhələsinin finalında penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib. Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti