Xankəndi təhlükəsiz şəhərə çevrilir - Fotolar+ Video

   Xankəndi təhlükəsiz şəhərə çevrilir -    Fotolar+ Video
  27 Mart 2024    Oxunub:3045
Xankəndinin təhlükəsiz şəhərə çevrilməsi üçün DİN əməkdaşları əzmlə çalışır.
Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.

Tədbirlərlə 16-26 mart tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 64 ədəd müxtəlif markalı avtomat silahı, 7 pulemyot, 21 tüfəng, 8 tapança, 78 qumbara, 1 saatlı bomba, 1 qumbaraatan, 46 alışdırıcı, 361 patron darağı, 33.742 ədəd müxtəlif çaplı patron, 6160 ədəd mərmi, 9 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanıb.
Bundan başqa, Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə icazəsi olan şəxslərin sərbəst keçidi təmin edilib.

Bölgədə hərəkətinə icazə verilən şəxslərlə bağlı hər hansı hüquqazidd hal baş verməyib.












AzVision.az


Teqlər:





Xəbər lenti