Qırğızıstan gömrüyünün keçmiş rəis müavini Azərbaycanda saxlanıldı - Foto

   Qırğızıstan gömrüyünün keçmiş rəis müavini    Azərbaycanda saxlanıldı - Foto
  27 Mart 2024    Oxunub:1327
Azərbaycan beynəlxalq axtarışda olan Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Raymbek Matraimovu Bişkekə təhvil verib. Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
“Beynəlxalq axtarışda olan Qırğızıstan Dövlət Gömrük Xidmətinin keçmiş sədr müavini Raymbek Matraimov Milli Təhlükəsizlik Dövlət Komitəsi tərəfindən müvafiq xüsusi xidmət orqanları ilə birgə Azərbaycan ərazisində saxlanılıb", -məlumatda deyilir.
Bayden Putini "qəssab" adlandırdı


Matraimov qanunsuz həbs və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirak edib. O, zərərsizləşdirilmiş qanuni oğru Kamçibek Asanbeklə sıx əlaqədə olub və gömrük xidməti əməkdaşları və dövlət məmurları arasından cinayətkar qrup yaradıb. Matraimov Qırğızıstanın ən varlı adamlarından biri hesab olunur.

Qeyd edək ki, Asanbek 2023-cü ilin payızında Bişkekdə həbs edilərkən xüsusi təyinatlılar tərəfindən güllələnib.

Qırğızıstanda azərbaycanlı “avtoritet”lər tutuldu: Rəsmilərə qarşı sui-qəsd edəcəklərdi - VİDEO

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti