Moldovanın nümayəndə heyəti AŞPA-ya ölkəmizlə bağlı məktub göndərib - FOTO

   Moldovanın nümayəndə heyəti AŞPA-ya ölkəmizlə bağlı məktub göndərib -    FOTO
  26 Mart 2024    Oxunub:1409
Moldovanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-ya məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, məktubda AŞPA-nın cari ilin yanvar sessiyasının qərarından sonra təşkilat ilə Azərbaycan arasında yaranan uçurumun aradan qaldırılması üçün Avropa Şurası Parlament Assambleyasına və Azərbaycan Respublikasının Milli Məclisinə birlikdə çalışmaq üçün çağırış ünvanlanıb.

Məktubda digər üzv dövlətlər kimi Azərbaycanın da AŞPA-dakı nümayəndə heyəti vasitəsilə təşkilatın dəyər və prinsiplərinin inkişafına dəstək göstərdiyi vurğulanıb, habelə Avropada təhlükəsizlik və sülhə mühüm çağırışların yarandığı bir dövrdə bütün problemlərin AŞPA çərçivəsində parlamentlərarası dialoq vasitəsilə həllinin vacibliyi bildirilib.

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin AŞPA-dan kənarda qalmasının nə təşkilata, nə də üzv dövlətlərə uzunmüddətli fayda gətirdiyi diqqətə çatdırılıb.

AzVision.az


Teqlər: AŞPA   Azərbaycan   Moldova   məktub  





Xəbər lenti