ƏƏSM şəhid övladları üçün bayram tədbirləri keçirib - FOTOLAR

ƏƏSM şəhid övladları üçün bayram tədbirləri keçirib -    FOTOLAR
  26 Mart 2024    Oxunub:747
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə şəhid övladları üçün Novruz şənlikləri təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Salyan, Bərdə, Beyləqan və Tovuzda keçirilən bayram tədbirlərinin məqsədi şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili olub.

Şənliklərdə ümumilikdə 2 mindən çox şəhid övladı iştirak edib.

Novruz adət-ənənələrinin nümayiş olunduğu tədbirlərdə təqdim edilən şeirlər, musiqi və rəqs nümunələri, həmçinin əyləncəli proqramlar, viktorinalar iştirakçılarda xoş əhval yaradıb.

AzVision.az

Qalereya




Teqlər: ƏƏSM   şəhid-övladları   bayram   tədbir  





Xəbər lenti