Biləsuvarda gənc qadın qətlə yetirilib
Araşdırma zamanı 1997-ci il təvəllüdlü Anar Məmiyevin rayonun Xırmandalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində deşici kəsici alətlə xəsarətlər yetirərək arvadı Sevil Əlilini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Anar Məmiyev könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
AzVision.az