Ulduz futbolçu ölümlə hədələndi

Ulduz futbolçu ölümlə hədələndi
  26 Mart 2024    Oxunub:1246
"Benfika"nın yarımmüdafiəçisi Anhel Di Mariya ölümlə hədələnib.
Bu barədə "Daily Mail" məlumat yayıb. Argentinalı futbolçu Rosarionun kənarındakı evində olarkən hədələnib. Evin ətrafına maşından təhdid mesajı olan paket atıblar. Mesajda bildirilir ki, Di Mariya şəhərə qayıdarsa, hətta əyalət qubernatoru Maksimiliano Pullaro belə onların təhlükəsizliyinə zəmanət verə bilməyəcək.

Qeyd olunur ki, mesajın müəllifləri Pullaro ilə düşmənlik edən və Di Mariyanı bu məsələyə cəlb etməklə maksimum rezonans yaradacağına inanan narkotik alverçiləri ola bilər.

Daha əvvəl Di Mariya karyerasını yetirməsi olduğu "Rosario Sentral"da bitirmək istədiyini açıqlamışdı.
AzVision.az



Teqlər:





Xəbər lenti