Maskın “Starlink” terminalları qaçaqmalçıların əlinə keçib
Agentlik vurğulayır ki, bu sistemlərin qaçaqmalçılığı qlobal problemdir və “SpaceX”in terminalların satışına nəzarət etmək qabiliyyətini şübhə altına alır.
“Starlink”in Venesuela, Yəmən, Sudan və Cənubi Afrikada istifadə edildiyi təsbit edilib, halbuki, şirkətin rəsmi bəyanatına əsasən, sözügedən ölkələrə terminallar satılmayıb.
Məlum olub ki, qaçaqmalçılar cihazları bir ölkədə aktivləşdirirlər, sonra istənilən başqa ölkədə alıcı tapırlar.
Qeyd edək ki, “Starlink” - amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən yaradılan peyk internet layihəsidir. Layihənin məqsədi planetin ən ucqar guşələrində yüksəksürətli interneti təmin etməkdir. 2019-cu ildə peyk buraxılışlarının başlaması ilə “Starlink” artıq dünyanın 70-dən çox ölkəsində internet xidmətləri göstərməyə başlayıb.
AzVision.az
Teqlər: