Balıq tutarkən elektrik cərəyanı vurub öldürdü

Balıq tutarkən elektrik cərəyanı vurub öldürdü
  26 Mart 2024    Oxunub:1139
Saatlı rayonunda balıq tutan 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qaranuru kənd sakini, 1987-ci il təvəllülü Səmədov Amil Müzəffər oğlu sözügedən kənd ərazisinə tilovu kanala atarkən tiliov 10 min kilovoltluq elektrik xəttinə toxunub. Nəticədə balıqçını elektrik cərəyanı vuraraq öldürüb.

Həmin əraziə balıq ovlayarkən bir neçə dəfə belə halların olduğu bildirilir.

Faktla bağlı araşırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti