Emin Ağalarov: "Zərərçəkənlərə maksimum yardım göstəriləcək"
O bildirib ki, Araz Ağalarov "Crocus City Holl"un bərpası ilə bağlı qərarı ölkənin ümumi rəyi əsasında verəcək.
Emin Ağalarov binanın bərpa olunacağı təqdirdə yeni zalda terror aktı zamanı həlak olanların xatirəsinə abidə ucaldılacağına da aydınlıq gətirib:
"Təbii ki, bütün bunları nəzərdən keçiririk. Ancaq indi bir az fərqli prioritetlərimiz var. Zərərçəkənlərə maksimum yardım göstərmək, Müslüm Maqomayev Fondunu bu işə cəlb etmək və xilasedicilərə dağıntıları təmizləməkdə kömək etmək istəyirik. Hələlik ilk planlarımız bunlardır".
AzVision.az
Teqlər: Rusiya terror-aktı Müslüm-Maqomayev-Fondu