İsraildə nazir istefa verib

   İsraildə nazir istefa verib
  25 Mart 2024    Oxunub:1406
İsrailin portfelsiz naziri, Yeni Ümid Partiyasının sədri Qideon Saar ali hərbi kabinetdən kənar tutulduğu üçün Baş nazir Benyamin Netanyahunun fövqəladə birlik hökumətindən istefa verdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, o bu barədə bəyanat yayıb.

İsrailin ifrat sağçı maliyyə naziri, Dini Sionizm Partiyasının sədri Betsalel Smotriç istefaya reaksiyasında Saarın qərarının "hərbçiləri ruhdan saldığını" vurğulayıb.

Xatırladaq ki, 2021–2022-ci illərdə həmçinin ədliyyə naziri vəzifəsində çalışmış Qideon Saar ötən il oktyabrın 7-də İsrail-HƏMAS başlamasının ardınca müxalifətin bir neçə digər üzvü ilə birlikdə yenidən hökumətə qoşulmuşdu.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   nazir   istefa  





Xəbər lenti