Azərbaycan - Bolqarıstan matçı heç-heçə ilə yekunlaşıb

   Azərbaycan - Bolqarıstan matçı heç-heçə ilə yekunlaşıb
  25 Mart 2024    Oxunub:1110
Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə keçirilən "FIFA series – Edition 2024" layihəsi çərçivəsində sonuncu oyununu keçirib.
AzVision.az xəbər verir ki, yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan seçməsini qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı 59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev açıb. Komandamızın heyətində yeganə qola isə 87-ci dəqiqədə Musa Qurbanlı imza atıb.

Digər görüşdə isə Tanzaniya seçməsi Monqolustan yığmasını 3:0 hesabı ilə məğlub edib.

Arif Əsədovun başçılıq etdiyi kollektiv turnir çərçivəsindəki ilk matçında Monqolustana 1:0 hesabı ilə qalib gəlib.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti