HƏMAS Aşdoda raket zərbələri endirib

   HƏMAS Aşdoda raket zərbələri endirib
  25 Mart 2024    Oxunub:880
HƏMAS terror təşkilatının "İzzəddin Əl-Qəssam" silahlı qanadı İsrailin qərbindəki sahilyanı Aşdod şəhərini 8 raket zərbəsi ilə hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Bildirilib ki, hücum "İsrailin mülki şəxsləri hədəf almasına cavabdır".

İsrail Ordusu faktı təsdiqləsə də, dağıntı və itki barədə təfərrüat açıqlanmayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   İsrail  





Xəbər lenti