Bakıda beynəlxalq boks turniri keçiriləcək

Bakıda beynəlxalq boks turniri keçiriləcək
  23 Mart 2024    Oxunub:1257
Martın 24-də Bakıda kişi və qadın boksçular arasında "Böyük İpək Yolu" beynəlxalq turniri start götürəcək.
Azərbaycan Boks Federasiyasından AzVision.az -a verilən məlumata görə, beşgünlük ənənəvi yarışda 11 ölkənin milli komandası mübarizə aparacaq.

Bakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan yığmaları güclərini sınacaqlar.

Kişi boksçular 13, qadınlar isə 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

121 idmançının qatılacağı turnirin açılış mərasimi saat 13:30-da olacaq. Yarım saat sonra isə döyüşlər başlayacaq. Yarışa martın 28-də yekun vurulacaq.

Yığmamız "Böyük İpək Yolu"na 34 kişi, 9 qadın boksçu ilə qatılacaq.

Turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Yarışa gələcək komandaların heyətində beynəlxalq dərəcəli referilər də yer alacaqlar.

AzVision.az


Teqlər: idman   boks   turnir   Bakı  





Xəbər lenti