Səfirliyimiz terror aktında ölən azərbaycanlı haqqında araşdırma aparır

   Səfirliyimiz terror aktında ölən azərbaycanlı haqqında araşdırma aparır
  23 Mart 2024    Oxunub:1079
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu martın 22-də "Crocus City Hall"un konsert zalında baş vermiş terror aktı ilə əlaqədar bütün məsul işçilərə diplomatik nümayəndəlikdə qalmağı tapşırıb.
AzVision.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Bildirilib ki, təcili tibbi yardımla bağlı indiyədək heç bir müraciət daxil olmayıb:

"Terror aktı qurbanları ilə bağlı ilk məlumatlar yayılmağa başlayan kimi səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib. İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda yox idi, lakin ölənlərin siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı, böyük ehtimalla, Rusiya vətəndaşı da var".

Səfirlik öldürülən şəxsin meyitinin saxlanıldığı yerin müəyyən edilməsi, o cümlədən mərhumun qohum və tanışlarının məlumatlandırılması üçün lazımi tədbirləri görür.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   səfirlik   terror-aktı  





Xəbər lenti