İraq İŞİD-i bombalayır

İraq İŞİD-i bombalayır
  29 İyun 2014    Oxunub:760
İraq ordusu paytaxt Bağdadın şimalında yerləşən Tikrit şəhərində silahlılara qarşı geniş əməliyyata başlayıb.
AzVision.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, əməliyyatda aviasiyanın köməyindən də istifadə olunur.

İraq Şam İslam Dövləti (İŞİD) silahlıları iyun ayından Tikrit şəhərini ələ keçirib.

Ordu komandanlığı əməliyyatın iyunun 28-də səhər saatlarında genişləndiyini bildirib. İyunun 26-da Tikritdəki universitet şəhərciyinin ərazisinə desant düşüb. Bundan sonra silahlılarla döyüş başlayıb.

İŞİD döyüşçüləri İraqın qərb və şimal ərazilərindəki bir çox yaşayış məntəqəsini ələ keçirib.


Teqlər:





Xəbər lenti