Cüdoçumuz bürünc medal qazandı

Cüdoçumuz bürünc medal qazandı
  22 Mart 2024    Oxunub:1018
Azərbaycan cüdoçusu Balabəy Ağayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.
AzVision.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız III yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Beləliklə, Azərbaycan millisi turnirdə ilk medalını qazanıb.

Yığmanın digər üzvləri Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram) də bu gün bürünc mükafat uğrunda yarışacaqlar.

Azərbaycan millisi yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur.

AzVision.az


Teqlər: idman   cüdo  





Xəbər lenti