Daha bir atıcımız qızıl medal qazanıb

   Daha bir atıcımız qızıl medal qazanıb
  22 Mart 2024    Oxunub:754
Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.
AzVision.az xəbər verir ki, o, qızlar arasında 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışı birinciliklə başa vurub.

Daha əvvəl 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova-Ruslan Lunyov tandemi qızıl, Elvin Astanov-Xanna Əliyeva cütlüyü gümüş mükafata sahib çıxıb. Qadınlar arasında pnevmatik tapançadan atəş üzrə yarışda Xanna Əliyeva ikinci, kişilər arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda Ruslan Lunyov III yeri tutublar.

AzVision.az


Teqlər: idman   atıcılıq   qızıl   medal  





Xəbər lenti