Rza Çalımbay Azərbaycan millisini çalışdıra bilər

   Rza Çalımbay Azərbaycan millisini çalışdıra bilər
  22 Mart 2024    Oxunub:957
"Beşiktaş"ın sabiq baş məşqçisi Rza Çalımbay Azərbaycan millisini çalışdıra bilər.
AzVision.az xəbər verir ki, türkiyəli mütəxəssis "Sabah” qəzetinə açıqlamasında Azərbaycandan zəng gözlədiyini deyib:

“Azərbaycan millisindən rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşidirəm. Bir-iki gün içində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”.

Qeyd edək ki, Rza Çalımbay ötən ilin dekabr ayında “Beşiktaş”dan ayrılıb. Hazırda işsiz olan mütəxəssis "Rizespor", "Sivasspor", "Trabzonspor", "Antalyaspor" və "Konyaspor"u da çalışdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti