Ermənistanda uşaq cinayətləri 2 dəfədən çox artıb //Polkovnik səbəbləri açıqladı

      Ermənistanda uşaq cinayətləri 2 dəfədən çox artıb   //Polkovnik səbəbləri açıqladı
  22 Mart 2024    Oxunub:775
Ermənistanda yetkinlik yaşına çatmayanlara qarşı, habelə onlar tərəfindən törədilən cinayətlərin sayının kəskin artması ilk növbədə, belə kontingentlə işləməyə məsul olan dövlət qulluqçularının öz vəzifələrini vicdanlı şəkildə yerinə yetirməmələri, habelə qurbanların hüquq-mühafizə orqanlarına nadir müraciətləri ilə bağlıdır.
AzVision.az xəbər verir ki, bunu "Sputnik Ermənistan"a Ermənistan polisinin yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi və məişət zorakılığı ilə mübarizə idarəsinin keçmiş rəisi, polkovnik Nelli Duryan deyib.

Duryan üçüncü səbəb kimi isə çox vaxt qeydə alınmış icraatların arxasında cinayət tərkibinin olmamasını və sadəcə statistika olduğuju qeyd edib.


Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin qarşısının alınmasında ən mühüm rol qeyri-funksional ailələrə və cinayətə meylli yeniyetmələrə nəzarət etməyə borclu olan və baş verənlərə müdaxilə etmək hüququna malik sosial işçilərə həvalə edilir.

Qeyd edək ki, Ermənistanın İstintaq Komitəsi 2023-cü ildə ölkədə yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərin iki dəfədən çox artmasına dair məlumat yayıb: əgər 2023-cü ildə idarə 1159 belə cinayət işi araşdırıbsa, 2022-ci ildə bu rəqəm 545 olub. Bu hallarda 91 yetkinlik yaşına çatmayan uşaq qurban kimi tanınıb. Onlardan 14-ü cinsi xarakterli hərəkətlərə məruz qalıb. Eyni zamanda, ən çox zərərçəkən (35 uşaq) 12 yaşadək yaş kateqoriyasında qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti