İndoneziyada 5,6 maqnitudalı zəlzələ olub

İndoneziyada 5,6 maqnitudalı zəlzələ olub
  22 Mart 2024    Oxunub:612
İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 2 milyon 370 min əhalinin yaşadığı Surabaya şəhərindən 167 km şimal-qərbdə olub.

Zəlzələ ocağı yerin 10 km dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti