Varadkar: "Qəzzadakı böhran Avropanı sarsıdıb"

      Varadkar:    "Qəzzadakı böhran Avropanı sarsıdıb"
  21 Mart 2024    Oxunub:2691
"İsrail-HƏMAS müharibəsi ilə bağlı Avropa hökumətlərinin ixtilaflı fikirləri münaqişənin həlli səylərinə mənfi təsir göstərir".
AzVision.az xəbər verir ki, bu sözləri İrlandiyanın Baş naziri Leo Varadkar Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

"Zənnimcə, Qəzza zolağında baş verən dəhşətli böhrana ikitirəli reaksiyalar özündə Avropa üçün təhlükə daşıyır. Bir çox qeyri-Avropa ölkəsi bizim Ukrayna və Qəzza münaqişəsinə ikili standartlarla yanaşdığımızı vurğulayırlar. Deyəsən, haqlıdırlar...", - Baş nazir söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İrlandiya   Baş-nazir   Qəzza   Avropa  





Xəbər lenti