"Qarabağ"ın U-14 komandası turnirdə qalib gəlib

   "Qarabağ"ın U-14 komandası turnirdə qalib gəlib
  21 Mart 2024    Oxunub:1158
Komanda Belarusun paytaxtı Minskdə keçirilən "Naşe Buduşeye" ("Gələcəyimiz") beynəlxalq turnirdə qalib gəlib.
AzVision.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda bu gün qarşılaşdığı iki rəqibini məğlub etməklə çempionluğunu rəsmiləşdirib.

Ağdam təmsilçisi yarımfinalda "Pskov"a, finalda isə BATE-yə 1:0 hesabı ilə qalib gəlib.

"Qarabağ"ın U-14 komandası daha əvvəl qrup mərhələsində Rusiya təmsilçiləri "Lavina"ya 6:0, "Rotor"a 2:0 hesabı ilə qalib gəlib, Belarus BATE-sinə uduzub - 0:1.

AzVision.az


Teqlər: idman   futbol   qələbə  





Xəbər lenti