2025-ci ildə triatlon üzrə Dünya Kuboku Bakıda keçirilə bilər

   2025-ci ildə triatlon üzrə Dünya Kuboku Bakıda keçirilə bilər
  21 Mart 2024    Oxunub:665
Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının prezidenti Marisol Kasado və baş katibi Antonio Arimani ilə görüşüb.
ATF-dən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycanda triatlonun inkişafı, habelə 2025-ci ildə triatlon üzrə Dünya Kubokunun Bakıda keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tərəflər beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi barədə razılığa gəliblər.

AzVision.az


Teqlər: idman   triatlon   görüş  





Xəbər lenti