Rusiyada dərman istehsalı bahalaşıb

   Rusiyada dərman istehsalı bahalaşıb
  21 Mart 2024    Oxunub:898
2023-cü ildə Rusiyada dərmanların istehsal olunduğu əczaçılıq maddələri orta hesabla 26% bahalaşaraq kiloqramı 116 dollara çatıb.
Bu barədə “Vedomosti” qəzeti “DSM Group” analitik şirkətinin hesabatına istinadən yazır. “DSM Group”un baş direktoru Serqey Şulyak bildirib ki, əczaçılıq istehsalçıları yeni inkişaflara daha çox diqqət yetirməyə başladığı üçün keçən il maddələrin orta qiyməti artıb.

Qeyd olunub ki, daha təsirli dərmanlar yaratmaq üçün yeni maddələr tələb olunur. Sonuncunun qiyməti əsasən istehsal xərclərindən asılıdır.

Molekul nə qədər müasir və mürəkkəbdirsə, bir o qədər bahalıdır. Bazar müxtəlif qiymət kateqoriyalı xammal təklif edir - kiloqramı üçün 5 dollardan 500 min dollara qədər. Qiymətə bazarda rəqabətin olması, logistika xərcləri və digər amillər də təsir edir.


AzVision.az


Teqlər:





Xəbər lenti