ABŞ təyyarəyə lazer silahı quraşdıra bilməyib

ABŞ təyyarəyə lazer silahı quraşdıra bilməyib
  21 Mart 2024    Oxunub:828
ABŞ Hərbi Hava Qüvvələri “AC-130J Ghostrider” atəşə dəstək təyyarəsinin lazer silahı ilə sınaqdan keçirilməsindən imtina edib.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığına istinadən The War Zone nəşri məlumat yayıb. Belə ki, açıq havada yerüstü sınaqlar zamanı mürəkkəb işləri yerinə yetirdikdən sonra “Airborne High Energy Laser” sisteminin prototipi texniki problemlərlə üzləşib. Nəticədə, o, artıq “AC-130J”də sınaqdan keçirilməyəcək.

ABŞ ordusu əvvəlcə 2021-ci ildə “AC-130J” təyyarəsində “AHEL” sistemini sınaqdan keçirməyi planlaşdırırdı. Lakin o vaxtdan bəri tarixlər bir neçə dəfə təxirə salınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti