“Mercedes-Benz”lərdə təhlükəli problemlər aşkarlanıb

   “Mercedes-Benz”lərdə təhlükəli problemlər aşkarlanıb
  21 Mart 2024    Oxunub:640
“Mercedes-Benz” 116 min “GLE” və “GLS” model avtomobilini təmir üçün geri çağıracaq.
Bu barədə Motor1.com xəbər verib. Qeyd edilib ki, bu maşınlarda səhv quraşdırılmış torpaqlama kabeli var. Texniki qüsur qısaqapanmaya səbəb ola bilər ki, bu da yanğın riskini artırır.

“Mercedes-Benz” müəyyən etdi ki, kabel bağlantısı onun yaxınlığında görülən işlərə görə boşalmış ola bilər.

Geri çağırışdan təsirlənən avtomobillər üçün dilerlərdən torpaqlama kabelini yoxlamaq və onu düzgün quraşdırmaq tələb olunacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti