Tramp Altsheymer xəstəliyindən qorxur

   Tramp Altsheymer xəstəliyindən qorxur
  21 Mart 2024    Oxunub:637
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Altsheymer xəstəliyindən qorxur, çünki atası Fred Tramp bu cür xəstəliklə üzləşib.
Bu barədə “The Washington Post” qəzeti Trampın atası ilə ünsiyyətinin şahidi olmuş “Trump Organization” şirkətinin keçmiş top-menecerinə istinadən yazıb. O, əlavə edib ki, Amerikanın keçmiş prezidenti bunu etiraf etmək və belə şeylər haqqında açıq danışmaq niyyətində deyil, lakin bu, aktualdır.

Nəşrin qeyd edib ki, 1990-cı illərdə Trampın atasının vəziyyəti ağır idi. Və Donald Tramp ailəsini Mar-a-Laqodakı malikanəsinə dəvət edəndə atası uşaqlarını tanımırmış.

Qəzet xatırladıb ki, eks-prezident 1997-ci ildə verdiyi müsahibədə atasının Altsheymer xəstəliyindən əziyyət çəkdiyini görüb onu həyatın mənasızlığı barədə ciddi düşünməyə vadar edib.


AzVision.az


Teqlər:





Xəbər lenti