Lavrov Balkanlardakı vəziyyəti ciddi hesab edir

Lavrov Balkanlardakı vəziyyəti ciddi hesab edir
  21 Mart 2024    Oxunub:987
Rusiya Serbiyanın Balkanlardakı hazırkı ciddi vəziyyətə verdiyi qiyməti dəyərləndirməkdə maraqlıdır, hamı bu regionda yeni böhranların qarşısını almaqda maraqlıdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın xarici işlər naziri İvitsa Daçiçlə danışıqları zamanı deyib.

"Bu gün biz ikitərəfli işlərimizi, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətimizi ətraflı müzakirə etməyi gözləyirik və təbii ki, vəziyyətin kifayət qədər ciddi olduğu Balkanlarda baş verənlərlə bağlı qiymətləndirmələrinizi dinləməkdə maraqlı olacağıq. Hamımız yeni böhranların qarşısının alınmasında maraqlıyıq”, - Lavrov bildirib

AzVision.az


Teqlər:





Xəbər lenti