Rusiyada prezident seçkilərinin nəticələrinə yekun vurulub

Rusiyada prezident seçkilərinin nəticələrinə yekun vurulub
  21 Mart 2024    Oxunub:956
Martın 15-dən 17-dək Rusiyada üç gün ərzində keçirilən prezident seçkilərində ölkənin hazırkı prezidenti Vladimir Putin qalib gəlib.
Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, o, səsvermənin yekun nəticələrinə əsasən 87,28 faiz səs toplayıb.

Belə ki, 76 milyon 277 min 708 nəfər Vladimir Putinə səs verib. Onun sözlərinə görə, ikinci yeri 4,31% səs toplayaraq Dövlət Dumasının Uzaq Şərq və Arktikanın İnkişafı Komitəsinin rəhbəri Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) tutub.

Üçüncü və dördüncü yerləri müvafiq olaraq Dövlət Dumasının sədr müavini Vladislav Davankov (“Yeni insanlar”) və LDPR lideri Leonid Slutski tutub. Onların nəticələri 3,85% və 3,2% olub.

AzVision.az


Teqlər:





Xəbər lenti