Ankaraya qar yağıb

Ankaraya qar yağıb
  21 Mart 2024    Oxunub:725
Türkiyənin paytaxtı Ankara şəhərinə qar yağıb.
Bu barədə yerli “Ahaber” telekanalı məlumat yayıb. Yerli sinoptiklər belə havanın martın sonu üçün xarakterik olmadığını qeyd ediblər. Ən çox yağıntı Dikmen və İncəyin yüksək bölgələrində olub. Şaxta səbəbindən yollarda buzlanma yaranıb.

Telekanal qeyd edib ki, kommunal xidmətlər pis hava şəraitinin fəsadlarının aradan qaldırılması üçün aktiv işə başlayıb, yollara və küçələrə duz səpilir.

Sinoptiklərin proqnozlarına görə, Ankaraya anomal qar yağması temperaturun 4-6 dərəcə enməsi ilə müşayiət olunacaq. Ekspertlər belə qənaətə gəliblər ki, Türkiyə paytaxtında bu hava həftənin sonuna qədər davam edə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti