Britaniya və Avstraliya hərbi əməkdaşlıq müqaviləsi imzaladı

   Britaniya və Avstraliya hərbi əməkdaşlıq müqaviləsi imzaladı
  21 Mart 2024    Oxunub:674
Böyük Britaniya və Avstraliya hakimiyyət orqanları hərbi əməkdaşlıq, o cümlədən “Interflex” missiyası çərçivəsində Britaniyada Ukrayna Silahlı Qüvvələrinin təlimi üzrə iş haqqında saziş imzalayıblar.
Belə ki, müqavilə Böyük Britaniyanın müdafiə nazirləri Qrant Şapps və Avstraliyanın müdafiə naziri Riçard Marles tərəfindən Kanberradakı Parlament Evində imzalanıb. Sazişlər dövlətlərin Silahlı Qüvvələrinin hər iki ölkədə birgə fəaliyyətini asanlaşdırmaq niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti