Rusiyada ağır yol qəzasında 4 nəfər ölüb

Rusiyada ağır yol qəzasında 4 nəfər ölüb
  21 Mart 2024    Oxunub:621
Rusiyada Yakutiyanın Xanqalas vilayətində iki avtomobilin iştirakı ilə qəza baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Xanqalas rayonu, Ümnas yolunun 37-ci km-də “UAZ” və “Toyota Corolla” markalı minik avtomobillərinin iştirakı ilə qəza baş verib. Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. Yaralılar Pokrovsk şəhərinin Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti