Atıcımız Almaniyada bürünc medal qazanıb

Atıcımız Almaniyada bürünc medal qazanıb
  20 Mart 2024    Oxunub:604
Azərbaycan atıcısı Ruslan Lunyov Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıb.
AzVision.az xəbər verir ki, o, kişilər arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda bürünc medalın sahibi olub.

Daha əvvəl Nigar Nəsirova və Ruslan Lunyov tandemi 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında qızıl mükafata yiyələnib.

AzVision.az


Teqlər: idman   atıcılıq   bürünc   medal  





Xəbər lenti