Azərbaycana yaz fəsli gəlib

 Azərbaycana yaz fəsli gəlib
  20 Mart 2024    Oxunub:936
Azərbaycana yaz fəsli gəlib.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AzVision.az-a bildirilib ki, yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:06-da daxil olub.

Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır.​

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Qeyd edək ki, martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
AzVision.az



Teqlər: Yaz  





Xəbər lenti