“Azərsu” gücləndirilmiş rejimdə işləyəcək

“Azərsu” gücləndirilmiş rejimdə işləyəcək
  19 Mart 2024    Oxunub:557
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə ASC-dən AzVision.az -a məlumat verilib. Bildirilib ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq:

“Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğular, anbarlar və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

İstehlakçılardan içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etmələri xahiş olunur”.

AzVision.az



Teqlər:





Xəbər lenti