Polşanın Baş Qərargah rəisi: "Rusiya NATO ilə münaqişəyə hazırlaşır”

   Polşanın Baş Qərargah rəisi:    "Rusiya NATO ilə münaqişəyə hazırlaşır”
  19 Mart 2024    Oxunub:666
Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Vyeslav Kukula Rusiya ilə bağlı diqqət çəkən açıqlamalar verib.
O, Polşa agentliyinə müsahibəsində deyib ki, Moskva NATO ilə hərbi münaqişəyə hazırlaşır və təşkilatın artıq “müdafiə alyansı” olmasını anlayıb.

Polşalı general: "Ukrayna ordusunun itkiləri milyonlarla ölçülür"
“Biz Rusiyada baş verən dəyişiklikləri aydın şəkildə müşahidə edirik və bütün bunlardan nəticə çıxarırıq. Sadə dillə desək, Rusiya NATO ilə münaqişəyə hazırlaşır”, - Kukula Avropanı xəbərdar edib.

O, həmçinin qeyd edib ki, Polşa yaranan təhdidlərə ordunu sürətlə transformasiya etdirmək və cəmiyyətin dayanıqlığını inkişafa aparmaqla cavab verir.

Qeyd edək ki, Polşa Ordusunun Baş Qərargahının keçmiş rəisi, general Raymund Andjeyçak da bu gün Rusiyanın Ukrayna üzərində üstünlüyü ələ alması mövzusunda açıqlamalar verib. O, "Polstat" telekanalına açıqlamasında deyib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş itkiləri yüz minlərlə yox, milyonlarla hesablanmalıdır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Rusiya   NATO  





Xəbər lenti